Füzulidə 9 May Qələbə günü qeyd olundu

fuzulide-9-may-qelebe-gunu-qeyd-olundu-
Oxunma sayı: 1033



İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, Füzuli rayonundan Böyük Vətən müharibəsində 1318 nəfər iştirak edib.  Onlardan yalnız 650 nəfəri geri qayıdıb. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra veteranlara göstərilən yüksək dövlət qayğısından danışıb, hazırda prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini deyib. Faşizm üzrərində qələbənin növbəti ildönümü, 9 May Qələbə Bayramı münasibətilə rayondan olan 17 nəfər müharibə iştirakçısına ölkə başçısının tapşırığı ilə birdəfəlik maddi yardım olunub. 

Rayon İcra Hakimiyyətinin başçısının tapşırığı ilə müharibə veteranlarına bayram sovqatları paylanıb.