Füzuli rayonunda işğaldan azad olunmuş ərazilərdə tikinti-quruculuq və abadlıq işləri davam edir. “Qafqazinfo” xəbər verir ki, əhalinin sağlamlığının qorunmasının və göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə rayonun Bala-Bəhmənli kəndi ərazisində müasir tipli Mərkəzi rayon Xəstəxanası tikilir.
Bununla yanaşı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı istiqamətində irimiqyaslı, müasir standartlara cavab verən Aqroparkın, Horadiz şəhərində Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyinin, Heydər Əliyev Fondunun hesabına Bala Bəhmənli kənd tam orta məktəbinin, Arayatılı, Əhmədbəyli və Mahmudlu-2 kəndlərində uşaq bağçalarının, Aşağı Yağlıvənd kəndi ərazisində barama qurutma məntəqəsinin, Əhmədalılar kəndində 35 fərdi yaşayış evinin, kərpiç evlər adlanan ərazidə məskunlaşan məcburi köçkün ailələri üçün 95 evin tikintisi davam edir.
.jpg)
.jpg)
.jpg)
.jpg)

Son xəbərlər
Son Xəbərlər