Füzulidə ağır qəza - Ölən və yaralanan var

Füzulidə ağır qəza
Oxunma sayı: 1673

Füzuli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, Hacıqabul-Mincivan yolunun Füzulidən keçən 115-ci kilometrliyində 1992-ci il təvəllüdlü Cəlal Kərimlinin idarə etdiyi "Qazel" markalı yük avtomobili ötmə əməliyyatını yerinə yetirərkən 1978-ci il təvəllüdlü Elşən Məmmədovun idarə etdiyi "Daewoo" markalı avtomobillə toqquşub.

Zərbənin nəticəsində "Daewoo" aşıb. Nəticədə minik avtomobilinin sərnişini, 1955-ci il təvəllüdlü Rahilə Hidayət qızı İmaməliyeva hadisə yerində ölüb, hər iki sürücü xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.