Füzulidə ağır yol qəzası - 1 ölü, 1 yaralı

fuzulide-agir-yol-qezasi
Oxunma sayı: 1803

Füzuli rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, rayon ərazisində “Hyundai” markalı minik avtomobilinin “MAZ” markalı yük avtomobilinə çırpılması nəticəsində minik avtomobilindəki sərnişin vəfat edib.

“Hyundai” markalı avtomobili idarə edən 31 yaşlı sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nizam Rza