Füzulidə Anım Günü ilə bağlı tədbir keçirildi - Fotolar

fuzulide-anim-gunu-ile-bagli-tedbir-kecirildi
Oxunma sayı: 1967

Füzuli rayonunda  27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

Füzuli RİH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, artiq ikinci ildir ki, respublikamızın digər bölgələrində olduğu kimi, Füzuli rayonunda da 27 sentyabr tarixində rəsmi anım tədbirləri keçirilir. Rəsmi anım tədbirinə qədər rayon ərazisində şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ucaldılmış abidələr, şəhid məzarları, barelyef və şəkil lövhələr yenilənib, təmizlənib və  abadlaşdırılıb. Bu gün isə Horadiz şəhərində yerləşən “Qəhrəmanlar parkı”nda 27 Sentyabr - Anım Günü münasibərilə tədbir baş tutub. Tədbirdə RİH-nin başçısı Alı Alıyev, Milli Məslisin deputatı Vüqar Bayramov, digər hərbi və dövlət qurumlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyəti nümayəndələri iştirak edib.

Tədbir başlamazdan əvvəl Dövlət Himni səslənib və bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan icra başçısı 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusunun yazdığı şanlı Zəfər tarixindən bəhs edib. Şəhid ailələrinin və qazilərin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayan rayon rəhbəri 27 Sentyabr - Anım Gününün təsis edilməsini ölkə başçısı tərəfindən şəhidlərin xatirəsinə sonsuz ehtiramın, eləcə də şəhid doğmalarına həssas münasibətin bariz nümunəsi olduğunu diqqətə çatdırıb. 

Daha sonra şəhid anaları Rəfiqə Novruzova, Tamella Məmmədova, Lətifə Zamanova, qazilər Sevindik İsmayılov, Üzeyir Nəcəfov, Səbuhi Qurbanov çıxış ediblər.