Füzulidə anım mərasimi keçirildi - Fotolar

fuzulide-anim-merasimi-kecirildi
Oxunma sayı: 1613

Füzuli rayonunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününün 104-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin şəxsi heyəti, YAP Füzuli rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir iştirakçıları Horadiz şəhərində yerləşən 31 Mart Soyqırım Abidə Kompleksini ziyarət edərək önünə qərənfil dəstələri düzüblər.