Füzulidə anım tədbiri keçirildi

fuzulide-anim-tedbiri-kecirildi
Oxunma sayı: 925


Rayon İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Xocalı soyqırımından danışmış, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib. Bildirib ki¸ Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, deportasiya, soyqırım siyasətinə məruz qalmışdır. Xalqımız tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. Alı Alıyev dedeyib ki, Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan tarixinin ən dəhşətli və qanlı səhifələrindən olan Xocalı soyqırımı eyni zamanda bəşər tarixinin ən geniş miqyaslı və xüsusi amansızlıqla törədilmiş hərbi cinayətlərindəndir. Xocalı soyqırımının 23-cü ildönümünün keçirilməsi haqqında rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq ərazidəki bütün yaşayış məntəqələrində, idarə və müəssisələrdə anım mərasimləri keçirilib. 26 fevral tarixində orta məktəblərdə ilk dərs Xocalı soyqırımına həsr olunub.