Füzulidə dəhşətli yanğın – - 400 hektar sahə yandı

fuzulide-dehsetli-yangin-
Oxunma sayı: 2332


“Qafqazinfo”nun FHN-ə istinadən verdiyi xəbərə görə, hadisə rayonun Qaraxanbəyli kəndində baş verib.

Vətəndaşa məxsus ərazidə 7 ha sahədə biçilməmiş arpa sahəsi və digər vətəndaşa məxsus ərazidə 3 ha sahədə biçilməmiş taxıl sahəsi, sahibi məlum olmayan ərazidə 27 ha sahədə biçilməmiş taxıl sahəsi və 360 ha kol-kos yanıb. Yaxınlıqdakı biçilməmiş taxıl  sahələri yanğından mühafizə olunub. Yanğın saat 20:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Murad Əhməd