Füzulidə Gənclər Günü münasibətilə tədbir keçirilib

fuzulide-gencler-gunu-munasibetile-tedbir-kecirilib
Oxunma sayı: 949


Tədbirdən əvvəl rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və tədbir iştirakçıları Heydər Parkında ulu öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək qoyublar

Yeni Azərbaycan Partiyasının Füzuli rayon təşkilatının Gənclər Birliyinin sədri Tural Nəbiyev “Gənclər Azərbaycanın gələcəyidir” adlı məruzə edib.

Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış etmiş, respublikada həyata keçirilən gənclər siyasətindən danışmışdır. Bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün dövlət siyasətinin mühüm tərkib hissəsidir, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.

Çıxış edən gənclər diqqət və qayğısına görə ölkə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə fəxri fərman və hədiyələr təqdim olunub.

Rayon gəclərinin Prezident cənab İlham Əliyevə müraciəti qəbul olunub.

Sonda bədii proqram olub.