Füzulidə gimnaziyanın açılışı olub

fuzulide-gimnaziyanin-acilisi-olub
Oxunma sayı: 1130

Əhmədbəyli kəndində musiqi təmayüllü (internat tipli) gimnaziyanın açılışı olub. “Qafqazinfo” xəbər verir ki, açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon təhsil şöbəsinin əməkdaşları, ziyalılar, məktəbin müalim, şagird kollektivi iştirak edib.

Alı Alıyev müəllim və şagirdləri 15 sentyabr yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlar, qazanılan nailiyyətlərdən danışan Alı Alıyev ölkə başçısının cəbhə bölgəsinə yerləşəşən Füzuli rayonuna göstərdiyi xüsusi diqqət və qayğını vurğulayıb.

Qeyd edilib ki, 340 şagird yerlik bina 3 korpusdan ibarətdir. Əsas korpus 3 mərtəbədən, yataqxana, yeməkxana, musiqi və akt zallarından ibarət olan 2-ci və 3-cü korpuslar isə ikimərtəbəlidir

Sonda müəllimlər və valideynlər göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.