Füzuli rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın rayonun 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda vəzifələrə həsr olunmuş geniş hesabat iclası keçirilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev iclası açıb, hesabat məruzəsi ilə çıxış edib.
Alı Alıyev rayonun 2016-ci ilin 3 ayının iqtisadi göstəriciləri barədə geniş məlumat verib, kənd təsərrüfatı, sənaye, tikinti, quruculuq, rabitə və digər sahələdrə əldə olunan nailiyyətlərdən, mövcud nöqsan və çatışmazlıqlardan bəhs edib, aidiyyəti xidmət təşkilatlarına yol verdikləri nöqsanlardan nəticə çıxarmalarını tələb edib.
Diqqətə çatdırıb ki, hazırda rayonda 1000 hektardan artıq ərazidə pambıq əkininə başlanılıb, barama istehsalı üçün işlərə start verilib. Eyni zamanda rayonun kənd təsərrüfatı istehsalçılarının istehsal etdikləri məhsulun satışı məqsədilə Dördüncü Zobucuq qəsəbəsi ərazisində bazarın tikintisi sürətlə davam etdirilir, Horadiz şəhərində sənaye məhəlləsinin yaradılması üçün yer müəyyənləşdirilib.
Hesabat yığıncağında rayonun xidmət təşkilatlarının 2016-cı ilin birinci rübündə gördükləri işlərə dair hesabatları dinlənilib, rəy və təkliflər irəli sürülüb.
Son xəbərlər
Son Xəbərlər