Füzuli rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumatına görə, bu gün böyük fəxr və qürur hissi ilə qeyd etdiyimiz «Müstəqil, müasir Azərbaycan Heydər Əliyevin şah əsəridir» fikri də məhz bu amilə əsaslanır. Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər saldıqda Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətləri daha aydın görünür.
Bu fikirlər Heydər Əliyevin 91 illiyi münasibəti ilə Horadiz şəhərində Heydər Parkında keçirilən ümumrayon tədbirində bildirilib.
Rayonun idarə, müəssisə, icra nümayəndəliklərinin, bələdiyyələrin və ictimaiyyət nümayəndələrinin, ümumilikdə 2000 nəfərin iştirak etdiyi təbirdən öncə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və iştirakçılar Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri qoyaraq ehtiramlarını bildiriblər.
Sonra tədbir iştirakçıları parkda düzəldilmiş gül kompozisiyaları, ulu öndərə həsr olunan kitab sərgisi və əl işləri ilə tanış olublar.
Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etdirilib.
Qeyd edək ki, Heydər Əliyevin anadan olmasının 91 illiyi rayonun bütün idarə və müəssisələrində silsilə tədbirlər davam edir.
Son xəbərlər
Son Xəbərlər