Füzulidə iftar süfrəsi təşkil edilib - Foto

fuzulide-iftar-sufresi-teskil-edilib
Oxunma sayı: 1465

Heydər Əliyev Fondu tərəfindən Ramazan ayı münasibətilə Horadiz şəhərində iftar süfrəsi təşkil edilib.

“Qafqazinfo” xəbər verir ki, iftar süfrəsində şəhid ailələri, Qarabağ əlilləri, oruc tutanlar, imkansız ailələr və dindarları iştirak edib. İftar mərasimində Qurani-Kərimdən ayələr oxunub, Ramazan ayının fəzilətlərindən danışılıb, dualar edilib, şəhidlərin ruhu yad edilib.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə ölkədə həyata keçirilən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıblar, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıblar.

Bildirilib ki, Ramazan günlərində iftar süfrəsinin təşkil edilməsi ölkədə dövlətlə din arasında sıx birliyin bariz nümunəsidir.