Yuxarı Mil kanalının Füzuli rayonu, 1 nömrəli Qayıdış qəsəbəsindən keçən hissəsində batdığı ehtimal olunan 2009-cu il təvəllüdlü Məmmədova Aysun Arzu qızının axtarışları başa çatıb.
Bu barədə "Qafqazinfo"ya FHN-dən məlumat verilib.
Məlumata görə, A.Məmmədovanın meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Son xəbərlər
Son Xəbərlər