Füzulidə “Mercedes” yanıb - Ölənlər var + Yenilənib

fuzulide-mercedes-yanib
Oxunma sayı: 2885

Füzulidə avtomobil yanıb.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, rayonun 5-ci Qayıdış qəsəbəsində “Mercedes” markalı minik avtomobili aşıb.

Nəticədə avtomobilin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. ​Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

***

Füzulidə aşan maşının yanması nəticəsində 2 nəfər ölüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, "Qayıdış-5" qəsəbə sakini 2002-ci il təvəllüdlü Dadaşzadə Yusif Seymur oğlu idarə etdiyi “Mercedes” markalı 99 DA 994 qeydiyyat nömrə nişanlı avtomobili yuksək hərəkətlə idarə edərkən, idarə etməni itirərək yol kənarına düşüb. 

Nəticədə avtomobildə olan 4 nəfərdən sürücü Y.Dadaşzadə və 2002-ci il təvəllüdlü Rüstəmov Rəşad Rəhim oğlu həyatını itirib. Digər sərnişinlər 2002-ci il təvəllüdlü Quluzadə Nicat Səxavət oğlu və 2003-cü il təvəllüdlü Abdullayev Elçin İsmayıl oğlu Füzüli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.