Füzulidə Mərkəzi Kitabxanada yanğın - Foto

fuzulide-merkezi-kitabxanada-yangin
Oxunma sayı: 2861

Bu gün axşam saatlarında Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında yanğın baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

“Yanğın qeyri-iş saatında baş verdiyi üçün xəsarət alan olmayıb. FHN-in əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra nəticə barəsində məlumat veriləcək”, - deyə məlumatda qeyd olunub.