Füzuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Füzuli RİH əməkdaşları, YAP Füzuli rayon təşkilatının nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, Füzuli rayon təhsil sektorunun nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzülüb və xatirəsi ehtiramla yad edilib. Daha sonra Mərkəzin foyesində ümummilli liderin çoxşaxəli fəaliyyətindən bəhs edən kitab sərgisinə baxış keçirilib.
Füzuli RİH başçısı Alı Alıyev çıxış edərək, 90-cı illərin əvvəllərində ölkəmizin düşdüyü acınacaqlı vəziyyətdən, xalqımızın üzləşdiyi bəlalardan söz açıb. 15 iyun 1993-cü il tarixinin Azərbaycan xalqı üçün əsil qurtuluş, tariximizin dönüş nöqtəsi olduğunu diqqətə çatdıran rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını uğurla yerinə yetidiyini bir daha diqqətə çatdırıb. Alı Alıyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun qazandığı böyük Zəfərin mənbəyində məhz Ulu Öndər Heydər Əliyev siyasətinin dayandığını vurğulayıb.
Daha sonra Heydər Əliyevin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbir rayon Mədəniyyət evinin hazırladığı konsert proqramı ilə yekunlaşıb.






Son xəbərlər
Son Xəbərlər