Füzulidə mühəndis faciəvi şəkildə öldü

fuzulide-muhendis-facievi-sekilde-oldu
Oxunma sayı: 3156

Füzulidə mühəndisi elektrik cərəyanı vuraraq öldürüb.

Füzuli Rayon Prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, hadisə iyulun 3-ü saat 11 radələrində Qazaxlar kəndi ərazisində baş verib. 1958-ci il təvəllüdlü Mikayıl Nəsirovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, Füzuli suvarma sistemləri idarəsinin elektrik mühəndisi vəzifəsində işləyən Mikayıl Nəsirov qeyd edilən kənd ərazisində yerləşən su quyusunun motorunu təmir edərkən cərəyan vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.