Füzulidə nəzarət gücləndirilib- - Torpaqların təyinatı ilə bağlı

fuzulide-nezaret-guclendirilib-
Oxunma sayı: 714


İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, sözügedən məsələ ilə əlaqədar olaraq İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, bələdiyyələrin və aidiyyəti qrumların iştirakı ilə yerlərdə torpaq istifadəçiləri ilə görüşlər keçirilib, torpaqdan istifadəyə dair icarə müqavilələrinin bağlanması, vergi ödənilməsi izah olunub, bu sahədə maarifləndirmə işi aparılıb. Bildirilib ki, Dövlət Qış Otlaq Fonduna aid olan və örüş-otlaq məqsədilə icarəyə verilmiş torpaqlar yalnız təyinatına uyğun istifadə olunmalı, qanunvericiliklə müəyyən olunduğu kimi 3 fazidən çox olmayan hissəsindən xəsil kimi istifadə oluna bilər. 

Qeyd edək ki, torpaq istifadəçilərinə torpaq sahəsinin təyinatına uyğun olmadan başqa məqsədlər üçün istifadə edilməsinə görə "İnzibati Xətalar” Məcəlləsində  nəzərdə tutulan cərimlərin miqdarı izah olunub və hər hansı bir diqqətsiz yanaşmada həmin şəxslərin cərimələnəcəyi bildirilib.

“Qafqazinfo”