Füzulidə özünü ehtiyatsızlıqdan öldürən polis zabitinin - Fotosu

fuzulide-ozunu-ehtiyatsizliqdan-olduren-polis-zabitinin
Oxunma sayı: 7731

Mayın 13-də Füzuli rayonunun Horadiz qəsəbəsində güllə xəsarətindən vəfat edən polis əməkdaşı, 28 yaşlı İlkin Qasımovun fotosu yayılıb.

“Qafqazinfo” xidməti silahla ehtiyatsız davranma səbəbindən aldığı güllə yarasından vəfat edən Füzuli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, baş leytenant İlkin Qasımovun fotosunu təqdim edir.

Qeyd edək ki, İ. Qasımov ailəli və 2 azyaşlı uşaq atası olub.

Hadisənin hansı şəraitdə baş verməsi hələlik tam aydınlaşmayıb.

Daxili İşlər Nazirliyi İlkin Qasımovun ehtiyatsızlıqdan açılmış atəş səbəbindən öldüyünü açıqlayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Nizam Rza