Bu il Füzuli rayonunda 2100 ha ərazidə pambıq əkilib və onların 630 hektarı Azərpambıq MMC ilə, 1330 hektarı P-Aqro MMC ilə müqavilə əsasında, 139,4 hektarı isə fərdi qaydada əkilib.
Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə görə, pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində tarlalarda bol məhsul yetişdirilib. Artıq Füzuli rayonunda pambıq yığımına start verilib.
Havaların əlverişli keçməsi pambıq sahələrindən məhsulun tez və itkisiz yığımasına şərait yaradır. Rayon ərazisində əkilmiş 2100 ha sahədən füzulili pambıq istehsalçıları tərəfindən 4000 tondan artıq məhsul yığılması gözlənilir. Bu da keçən illə müqayisədə 2 dəfə çox məhsul deməkdir. Pambıq əkilmiş sahələrdən hər hektardan orta hesabla 20, 25 sentner məhsul yığılması planlaşdırılır.
Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır.

Son xəbərlər
Son Xəbərlər