Füzulidə partlamamış top mərmisi tapılıb

fuzulide-partlamamis-top-mermisi-tapilib
Oxunma sayı: 712

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Füzuli rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb.
 
ANAMA-dan “Qafqazinfo”ya verilən məlumata görə, rayonun Əhmədalılar kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd 125 mm-lik  partlamamış top mərmisi (BM-22) və 1 ədəd partlamış PQ raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb.
 
Nəticə etibarilə 150 kv.m ərazi yoxlanılıb.