“Qafqazinfo” ya daxil olan məlumata görə, rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov məruzə ilə çıxış edib. O, Azərbaycan polisinin keçdiyi şərəfli yoldan danışıb Heydər Əliyevin 1998-ci il 24 may tarixli Fərmanı ilə hər il iyulun 2-nin ölkəmizdə polis günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polis işçilərinin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğısından söz açıb. Alı Alıyev bildirib ki, Azərbaycan polisi həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət edib. Tədbirdə bir qrup polis əməkdaşına növbəti hərbi rütbələr təqdim olundu, xidmətdə fərqlənənlərə isə Fəxri Fərmanlar verilib. Sonda polis orqanlarının fəaliyyətindən bəhs edən video çarx nümayiş olunub.
Son xəbərlər
Son Xəbərlər