Bu gün Horadizdə polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat müdirləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Rayon polis şöbəsinin rəisi Xəqani Məmmədov məruzə ilə çıxış edib.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev polis işçilərini peşə bayramları münasibətilə təbrik edib, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında polis işçilərinin xidmətlərindən, dövlətin hüquq mühafizə orqanları işçilərinə göstərdiyi diqqət və qayğısından söz açıb.
Alı Alıyev bildirib ki, Azərbaycan polisi həmişə dövlətə, cəmiyyətə şərəflə xidmət edib.
Sonra Alı Alıyev tərəfindən xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Fəxri Fərmanlar və qiymətli hədiyyələr təqdim olunub.
Son xəbərlər
Son Xəbərlər