Füzuli rayonu ərazisində qadını zorladıqdan sonra öldürüblər.
"Qafqazinfo" “Yeni Sabah”a istinadən xəbər verir ki, hadisə rayonun Horadiz şəhərində qeydə alınıb. Dünən axşam saatlarında baş verən qətl hadisəsində orta yaşlı qadın naməlum şəxs və yaxud da şəxslər tərəfindən zorlanaraq öldürülüb.
Hüquq mühafizə orqanları tərəfindən hadisəni törədən şəxs və yaxudda şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər