Füzulidə şəhid ailələri üçün iftar süfrəsi açılıb - Fotolar

fuzulide-sehid-aileleri-ucun-iftar-sufresi-acilib
Oxunma sayı: 1794

Füzuli Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə müdəqqəs Ramazan Bayramı ərəfəsində şəhid ailələri üçün iftar süfrəsi təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə şəhid ailələri, rayon rəhbərliyi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Füzuli rayon təşkilatının sədri və dindarlar iştirak edib.

İftar süfrəsində şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, “Qurani-Kərim”dən ayələr oxunub, müqəddəs Ramazan ayının fəzilətlərindən bəhs edilib, şəhidlərimizin ruhuna dualar oxunub.

Görüşdə çıxış edən RİH başçısı Alı Alıyev artıq iki ildir ki, Azərbaycanın müqəddəs Ramazan bayramını qalib ölkə olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qüdrətli bir dövlət olaraq qeyd etdiyini bildirib.