Füzulidə Silahlı Qüvvələr Günü- - Fotolar

fuzulide-silahli-quvveler-gunu-
Oxunma sayı: 1094


“Qafqazinfo”nun məlumatına görə, tədbirdə Füzuli rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, N saylı Hərbi Hissənin əsgər və zabit heyəti, müharibə veteranları, ictimaiyyət nümayəndələri – ümumilikdə 400 nəfər iştirak edib.

Əvvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət edib, abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açıb, hərbiçiləri Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib. 

Sonra Azərbaycanda ordu quruculuğundan bəhs edən Video çarx nümayiş olunub.

Tədbir rayonun incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.