Füzulidə “Su təsərrüfatı və meliorasiya işçiləri günü” qeyd olunub

fuzulide-su-teserrufati-ve-meliorasiya-iscileri-gunu-qeyd-olunub
Oxunma sayı: 1003


“Qafqazinfo” xəbər verir ki, tədbirdə Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayon Suvarma Sistemləri İdarəsi, Mil-Muğan Hidroqovuşağı və Melioservis İdarəsinin işçiləri iştirak edib. 

Əvvəlcə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bir qrup tədbir iştirakçısı ilə birgə Heydər Parkında Heydər Əliyevin abidəsini ziyarət edib.

Tədbirdə çıxış edən Alı Alıyev rayonun su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibəti ilə təbrik edib.  O bildirib ki, su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramının təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət və göstərdiyi diqqətin bariz nümunəsidir.  Azərbaycanın su təsərrüfatı sektorunun böyük tarixi yol keçdiyini xatırladan Alı Alıyev  bu sahədə  çoxminli işçi ordusunun formalaşdığını diqqətə çatdırıb.

Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əhməd Əsgərov, Mil-Muğan Hidroqovuşağının rəisi Əliabbas Behbudov və digərləri çıxış rayonda suvarma suyu ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb, bu sahəyə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.