Füzulidə taxıl müşavirəsi keçirilib

fuzulide-taxil-musaviresi-kecirilib
Oxunma sayı: 710

Füzuli rayon İcra Hakimiyyətində taxıl biçininə hazırlıqla əlaqədar müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə çıxış edən icra başçısı Alı Alıyev 2016-2017-ci təsərrüfat ilində rayonda 36 min 82 hektar ərazidə taxıl yetişdirildiyini bildirib:

“24 min 838 hektarı buğda, 11 min 244 hektarı arpadır. Rayon üzrə əkilən taxıl sahələrinin 7 min 265 hektarını isə pay torpaqları təşkil edir. 4000 ha ərazidə isə hər biri 1000 ha olmaqla 4 iri fermer təsərrüfatı yaradılıb”.

Qeyd edilib ki, əkin sahələri nəzərə alınmaqla, taxıl biçinini növbəlilik əsasında həyata keçirmək üçün rayonda xüsusi Qərargah yaradılıb. Yanğın təhlükəsizliyi, həmçinin taxılın tez və itkisiz yığılıb daşınması üçün tədbirlər görülüb.