Füzulidə “Heydər Əliyev və Azərbaycanda milli intibah dövrü” adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin və YAP Füzuli rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayon ziyalıları, şəhid ailələri, qazilər, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev müasir, müstəqil Azərbaycanın möhkəm təməlinin, eləcə də ölkəmizdə milli intibah dövrünün başlanğıcının məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.
Bu milli intibahın əsas göstəricisi olaraq dövlətimizin dinamik inkişafını, xalqımızın milli birlik məqamına yüksəlməsini qeyd edən rayon rəhbəri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun tariximizə həkk etdiyi böyük Zəfərin məhz bu milli intibahın davamı və Ulu Öndər Heydər Əliyev siyasətinin təntənəli nəticəsi olduğunu bir daha vurğulayıb.
Milli ordumuzun ilk uğuru olan, Ulu Öndər Heydər Əliyevin Ali Baş Komandanlığı ilə keçirilən “Horadiz əməliyyatı”ndan bəhs edən Alı Alıyev bütün hərbi uğurlarımızın da mənbəyində Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinin dayandığını bildirib.






Son xəbərlər
Son Xəbərlər