Rayon İH-dən “Qafqazinfo”ya daxil olan xəbərdə bildirilir ki, sakinlərin həyat səviyyəsinin yüksəldilməsində, onlara göstərilən xidmətin yaxşılaşdırılmasında Heydər Əliyev Fondunun, onun Prezidenti, YUNESKO və İSESKO–nun xoşməramlı səfiri xanım Mehriban Əliyevanın böyük köməyi var. Belə ki, Fondun maliyyə dəstəyi ilə keçən il Horadiz şəhərində 240 şagird yerlik ikimərtəbəli, ən müasir avadanlıq və dərs ləvazimatları, kitabxana, idman zalı, kompyuter, istilik sistemi ilə təchiz olunub, müxtəlif növ ağaclar əkilmiş bir hektara yaxın ərazisi olan məktəb tikilərək istifadəsinə verilib.
Hazırda Fondun köməkliyi ilə Horadiz şəhərində 100 çarpayılıq uşaq bağçalarının tikintisinə başlanıb. Bu gün isə Heydər Əliyev Fondunun köməkliyi ilə Bala Bəhmənli kəndində 60 çarpayılıq uşaq bağçasının təməl qoyma mərasimi keçirilib.