İlham Əliyevin əhalinin tibbi müayinədən küçirilməsi ilə bağlı Sərəncamı sadəcə kampaniya xarakterli deyil, ümumi məqsəd daşıyır ki, bunun da əsasında insan amili dayanır. Sağlam bədəndə sağlam ruh olması bu gün özünün aktuallığı ilə diqqəti daha çox cəlb etməkdədir.
Ölkə başçısının “Hər bir vətəndaş, hər bir insan ildə bir dəfə müayinədən keçməlidir” çağırışına füzulililər də yekdilliklə qoşulublar".
Bu fikirlər Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, idarə, müəssisə və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Prezidenti İlham Əliyevin əhalinin tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırıqlarının müzakirə olunduğu müşavirədə bildirilib.
Tədbiri açan Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, respublika əhalisinin sağlamlığı məsələləri hər zaman ölkə başçısının diqqət mərkəzində olub.
Alı Alıyev qeyd etmişdir ki, əhalinin sağlamlığının qorunmasına yönələn aksiyanın yüksək mütəşəkkilliklə keçirilməsini təmin etmək üçün xüsusi komissiya yaradılmış, tibb ocaqlarında iş qrafiki tərtib edilib:
“Əhalimiz tibbi müayinədən keçirilmə ilə bağlı Azərbaycan Prezidentinin göstərişini xalqımızın sağlamlığına, uzunömürlülüyünə dövlət qayğısının əyani təzahürü kimi qiymətləndirir. Bu diqqət və qayğı füzulililər tərəfindən də razılıq hissi ilə qarşılanır”.
Bildirildi ki, Prezidenti İlham Əliyevin ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi barədə tapşırığının icrası ilə bağlı rayonda operativ tədbirlər görülmüş, səhiyyə müəssisələrinin rəhbərlərinə müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə tapşırıq verilib.
Rayon sakinləri Horadiz şəhər, Əhmədbəyli və Qayıdış xəstəxanalarında, Mərkəzi Rayon Xəstəxanasında və Müalicə Diaqnostika Mərkəzində müayinədən keçirilir. Səyyar həkim briqadaları isə müayinəyə gəlmək imkanları olmayan sakinlərə evlərdə xidmət göstərirlər. Fevral və mart aylarında 50 min nəfərə qədər əhali tibbi müayinədən keçib. Onlardan 691 nəfər ambulator müayinəyə cəlb olunub, 226 nəfəri stasionar müalicəyə götürülmüş, daha ciddi müalicə üçün 57 nəfər Bakı şəhərinə göndərilib.
Tədbirə Alı Alıyev yekun vuraraq tibb müayinənin gedişi, mövcud nöqsanlar və cari məsələlərlə bağlı tapşırıqlar verib.
Son xəbərlər
Son Xəbərlər