Füzuli rayonunun İkinci Mahmudlu kəndi ərazisində kəndarası torpaq yola baxış keçirilib, 1 ədəd partlamış top mərmisinin gilizi aşkar edilərək götürülüb.
Bu barədə “Qafqazinfo”ya Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən məlumat verilib.
Əməliyyat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin və DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatları əsasında keçirilib.

Son xəbərlər
Son Xəbərlər