Füzulidə torpaqların istifadəsinə nəzarət edilir

fuzulide-torpaqlarin-istifadesine-nezaret-edilir
Oxunma sayı: 708

Füzuli rayonunda kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsi zamanı qanunvericiliyin tələblərinin qorunmasına, torpaqların təyinatına uyğun, məqsədyönlü istifadə olunmasına nəzarət gücləndirilib.

“Qafqazinfo”ya daxil olan məlumata görə, rayon ərazisində torpaqlardan istifadəyə dair qanunvericiliyin icra vəziyyətinin yoxlanılması, bu sahədə mövcud olan möqsanların aradan qaldırılması istiqamətində konkret işlərə görülür. Aidiyyəti qurumların iştirakı ilə yerlərdə torpaq istifadəçiləri ilə görüşlər keçirilir, torpaqdan istifadəyə dair icarə müqavilələrinin bağlanması, vergi ödənilməsi izah olunur, bu sahədə maarifləndirmə, izahat  işləri aparılır.

Bildirilir ki, dövlət qış otlaq fonduna aid olan və örüş-otlaq məqsədilə icarəyə verilmiş torpaqlardan yalnız təyinatına uyğun istifadə olunmalı, qanunvericiliklə müəyyən olunduğu kimi 3 fazidən çox olmayan hissəsindən xəsil kimi istifadə oluna bilər. 

Qeyd olunur ki, qış-otlaq fonduna aid olan torpaqlarda təyinatına uyğun olmadan əkin aparanlar dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına verilən subsidiyalardan, mineral gübrələrdən, digər güzəşt və imtiyazlardan istifadə edə bilmirlər. 

Torpaq istifadəçiləri olan hüquqi və fiziki şəxslərə torpaqlardan təyinatına uyğun olmadan başqa məqsədlər üçün istifadə edilməsinə, torpağın yararsız hala salınmasına, əsası olan tikinti işlərinin aparılmasına görə "İnzibati Xətalar” Məcəlləsində  nəzərdə tutulan cərimlərin miqdarı izah olunur.