Füzulidə traktor minaya düşdü

fuzulide-traktor-minaya-dusdu
Oxunma sayı: 4545

Bu gün axşam saatlarında Füzuli rayonunda traktor minaya düşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Füzuli rayonunun işğaldan azad olunan Üçbulaq kəndi ərazisində əkin işləri aparılan zaman traktorun minaya düşməsi barədə Füzuli rayon prokurorluğuna məlumat daxil olub.

İlkin məlumata görə, nəticədə həmin traktora zərər dəyib və hər hansı şəxsin xəsarət almadığı bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Murad Əhməd