Horadiz şəhərində prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın cəbhə bölgəsinə göstərdiyi diqqət və qayğıya həsr olunmuş ümumrayon görüşü keçirilib.
"Qafqazinfo"ya daxil olan məlumata görə, ümumrayon görüşündə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edib, 1994-cü ildən bu günə kimi görülən işlər, həyata keçirilən tədbirlər barədə danışıb.
İcra başçısı bildirib ki, respublikada həyata keçirilən sosial-iqtisadi, ictimai-siyasi, humanitar, elmi-mədəni inkişafın nəticəsi olaraq Füzulinin işğaldan azad olunmuş ərazisi tikinti quruculuq meydanına çevrilib: "Hazırda Horadiz şəhərində Statistika və Kənd Təsərrüfatı İdarələri, Səfərbərlik və hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rayon şöbəsi üçün inzibati binalar, Əhmədbəyli kəndində 35 yerlik uşaq bağçası və xəstəxan binaları inşa olunur.
Bu gün cəbhə bölgəsində yerləşən Füzuliyə gələn hər bir qonaq burada müharibənin dağıntıları ilə üzləşmir, bu yerlərdə gözəlliyin şahidi olur, insanların xoş günlərinə sevinirlər. Rayon İcra Hakimiyyəti ilə birlikdə işıqlı sabahlarını quran füzulililər ölkə başçısına, onun xanımına olan inam və məhəbbətlərini öz əməlləri ilə təsdiq edirlər".
Son xəbərlər
Son Xəbərlər