Füzulidə Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti uşaq bağçasının açılış mərasimi keçirilib.
İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, mərasimdə İcra başçısı Alı Alıyev, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Alı Alıyev bağçanın əsaslı təmirdən sonra açılışını bildirən rəmzi lenti kəsib, burada körpələr üçün yaradılan şəraitlə tanış olub. Alı Alıyevə məlumat verilib ki, bağçada əsaslı təmir bərpa işləri Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilib.
Bildirilib ki, müasir tələblərə cavab verən və hər növ avadanlıq və ləvazimatlarla təchiz olunan bağçada əlavə 1 mətbəx, 1 müsiqi otağı, 2 uşaq qrupu üçün yataq otağı tikilərək Qayıdış qəsəbəsində məskunlaşan məcburi köçkün uşaqların istifadəsinə verilib.
Alı Alıyev uşaqları 1 uyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik edib, bağçanın kollektivinə uşaqların sağlam, hərtərəfli böyümələri üçün məsləhət və tövsiyyələrini verib.
Son xəbərlər
Son Xəbərlər