Füzuli rayonunda 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə, şəhid uşaqları üçün “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri və şəhid övladları iştirak ediblər.
Alı Alıyev çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasətinin bu gün ölkəmizdə uğurla davam etdiyindən, şəhid ailələrinin, eləcə də şəhid övladlarının hər zaman dövlətin diqqət mərkəzində saxlandığından bəhs edib.
Şəhid övladlarını 1iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edən rayon rəhbəri onlara sağlamlıq, firavanlıq, təhsillərində müvəffəqiyyətlər arzulayıb.
Daha sonra Füzuli Dövlət Dram Teatrının şəhid övladları üçün hazırladığı müsiqi nömrələrindən, rəqslərdən və nağıl qəhrəmanlarının iştirakı ilə hazırlanmış səhnəciklərdən ibarət musiqili proqramı təqdim olunub.
Sonda Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev tərəfindən şəhid övladlarına hədiyyələr təqdim edilib.





Son xəbərlər
Son Xəbərlər