Füzuli Rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçısı Qəhrəman Məmmədzadəni işlə təmin edib.
“Qafqazinfo” xəbər verir ki, ona bu gün 7 saylı Qayıdış qəsəbəsi İcra nümayəndəliyində Dövlət Qulluqunda Füzuli rayonu icra başçısının göstərişi ilə iş verilib.
Qeyd edək ki, əslən Füzuli rayonu Kürdler kəndindən olan Qazi Məmmədzadə Qəhrəman Rüstəm oğlu 26 Aprel 1997-ci ildə Biləsuvar rayonunda anadan olub. 2003 -cü ildə Füzuli rayonu 1 saylı Qayıdış qəsəbəsinə köçüblər. O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak edib. Oktyabrın 31-də Xocavənd rayonu Tuğ kəndi istiqamətində gedən döyüş əməliyyatlarında ağır yaralanaraq sağ ayağını itirib. Prezident İlham Əliyevin sərəncamına əsasən qazi “Cəsur döyüşcü”, “Füzulinin işğaldan azad olunmasına görə”, Qubadlının işğaldan azad olunmasına görə”, “Şuşanın işğaldan azad olunmasına görə” medalları ilə təltif olunub.

Son xəbərlər
Son Xəbərlər