Füzulidə Xocalı faciəsinin 31-ci ildönümü qeyd edildi

fuzulide-xocali-faciesinin-31-ci-ildonumu-qeyd-edildi
Oxunma sayı: 2016

Füzuli rayonunda Xocalı faciəsinin 31-ci ildönümü qeyd olunub.

“Qafqazinfo” xəbər verir ki, XX əsrin ən ağır müsibətlərindən olan Xocalı faciəsinin ildönümü ilə əlaqədar Füzuli RİH-nin rəhbərliyi və əməkdaşları, YAP Füzuli rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, müxtəlif idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri Horadiz şəhərində yerləşən, Xocalı şəhidlərinin əziz xatirələrinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Əvvəlcə bütün şəhidlərin, eləcə də günahsız Xocalı qurbanlarının və fevralın 6-da zəlzələ nəticəsində qardaş Türkiyədə həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra ziyarətçilər abidə önünə tər çiçəklər düzərək Xocalı şəhidlərinin xatirələrinə dərin ehtiramlarını ifadə ediblər.