Füzuli rayonunda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Füzuli Rayon İcra Hakimiyyətinin və Füzuli MRX-nin təşkilatçılığı ilə keçirilən tədbir Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində reallaşıb.
Əvvəlcə RİH-nin başçısı Alı Alıyev bir qrup həkimlə birlikdə Ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra Zərifə Əliyevanın fəaliyyətindən bəhs edən kitab sərgisinə baxış keçirilib.
Tədbirdə çıxış edən Alı Alıyev Zərifə Əliyevanın elmi fəaliyyətindən söz açmaqla yanaşı, onun Ulu öndər Heydər Əliyevin ömür- gün yoldaşı olaraq, Prezident İlham Əliyevin anası olaraq Azərbaycan xalqı üçün unudulmaz və çox dəyərli şəxsiyyət olduğunu diqqətə çatdırıb.
Daha sonra Z. Əliyevanın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.



Son xəbərlər
Son Xəbərlər