Füzulidən İrana keçmək istəyərkən saxlanıldı - Foto

fuzuliden-irana-kecmek-isteyerken-saxlanildi
Oxunma sayı: 2077

Füzuli rayonu ərazisindən İrana qanunsuz keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, aprelin 21-də DSX-nin “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd edərkən 1 nəfər Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü Abdurəhmanov Azər Fərrux oğlu sərhəd pozucusu qismində saxlanılıb.

Araşdırma zamanı A.Abdurəhmanovun əvvəllər dəfələrlə məhkum edildiyi, qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana narkotik vasitələr gətirmək məqsədilə ilə dövlət sərhədini keçmək niyyətində olduğu müəyyənləşdirilib.

Həmin gün DSX-nin “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Sım kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan ərazisinə hərəkət edən 2 naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib.

Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki bağlamanı ataraq, havanın qaranlıq, ərazinin isə meşəlik olmasından istifadə edərək geriyə qaçıblar. 

Ərazi dərhal qapadılaraq, keçirilmiş axtarış tədbirləri nəticəsində 1 ədəd çantanın içərisində ümumi çəkisi 8 kiloqram 555 qram narkotik vasitəyə (7550 qram “tiryək”, 1005 qram “heroin” və 5000 ədəd “metodon-40” həbi) oxşar maddə aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.