Füzulinin 39 yaşayış məntəqəsi təbii qazla təmin olunub

fuzulinin-39-yasayis-menteqesi-tebii-qazla-temin-olunub
Oxunma sayı: 765

Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində Füzuli rayonunda da bütün sahələrdə inkişafa nail olunub, geniş tikinti-quruculuq abadlıq işləri aparılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, həyata keçirilən dövlət proqramları şəhərlərin, qəsəbələrin, kəndlərin simasını dəyişib.

Aqrar rayon olan Füzulidə iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Son beş ildə rayonun strateji məhsul olan taxılçılıqla bağlı nəticələri uğurlu olub. Belə ki, rayonda son beş ildə 600 min tondan artıq taxıl istehsal olunub, Füzuli rayonu respublikamızda hər il 100 min tondan artıq taxıl istehsal edən 5 rayondan birinə çevrilib.

Rayonda taxılçılıqla yanaşı digər sahələrin də inkişafına xüsusi diqqət yetirilir. Ölkə başçısının respublikada ənənəvi təsərrüfat sahələri olan pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi, əhalinin bu sahənin hesabına məşğulluğunun təmin olunması barədə tapşırıqlarına uyğun olaraq cari ildə rayonda 500 ha sahədə pambıq əkilib. 

Rayonun işğaldan azad olunmuş yaşayış məntəqələrdə son beş ildə böyük tikinti quruculuq abadlıq işləri aparılıb, yeni müasir tələblərə cavab verən infrastruktur obyektləri tikilərək istifadəyə verilib. 

Horadiz şəhərində işğal dövrü yandırılmış və dağıdılmış 5 küçə yenidən bərpa olunaraq istifadəyə verilib.

Dövlət proqramına uyğun olaraq rayonun 39 yaşayış məntəqəsi təbii qazla təmin olunub. Füzuli respublikada yüz faiz qazla təmin olunan yeganə rayonlardan biridir.

Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan füzulililər ölkədə həyata keçirilən mütərəqqi islahatları rayonun sosial-iqtisadi həyatına tətbiq etməklə tikinti-quruculuq, abadlıq işlərini gündən-günə genişləndirirlər. Görülən işlər, həyata keçirilən tədbirlər əhalinin əhval-ruhiyyəsini yüksəldir, onları bütün sahələrdə uğurlar qazanmağa ruhlandırır.