Füzulinin icra başçısı vətəndaşlarla görüşdü - Fotolar

fuzulinin-icra-bascisi-vetendaslarla-gorusdu
Oxunma sayı: 1879

Martın 21-də Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayon prokuroru ilə birgə Zobucuq qəsəbəsində vətəndaşlarla görüşüb, onlarla “COVID-19” virusundan qorunmaq üçün qaydalara ciddi əməl olunması ilə bağlı maarifləndirici söhbət edib, problem və qayğılarını dinləyib.

“Qafqazinfo”nun məlumatına görə, Alı Alıyev, həmçinin 44 günlük Vətən Müharibəsindən də söz açıb. Şəhidlərin ruhunu ehtiramla yad edərək qeyd edib ki, Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizə Vətən müharibəsi adı ilə daxil olan 44 gün davam edən hərbi əməliyyatlarla işğalçı Ermənistan üzərində parlaq qələbə qazanaraq işğal altındakı tarixi torpaqlarımızı düşməndən azad edib. Qazandığımız qələbə dövətimizin gücünü, ordumuzun yenilməzliyini bir daha sübuta yetirib.

Daha sonra bazarlarda, topdan satış mərkəzlərində ərzaq məhsullarının qiymətləri ilə maraqlanıb, alıcı və satıcılarla söhbət edib.