Ötən gün səhər saatlarından başlayaraq fasiləsiz yağan güclü yağışlar nəticəsində Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində 15-dən çox evə yağış suları dolub.
“Qafqazinfo” xəbər verir ki, bu gün Füzuli RİH başçısı Alı Alıyev rayon Fövqaladə Hallar şöbəsinin rəisi, rayon prokuroru, polis şöbəsinin rəisi və Melorasiya Xidmətinin rəisi ilə birlikdə Aşağı Yağlıvənd kəndində olub.
A.Alıyev kənd sakinlərini dinləyib və hadisə ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verib.
Evlərə dolmuş yağış suları FHN xüsusi texnikaları ilə təmizlənib və Meliorasiya Xidmətinin texnikalarının köməyilə məhəllə suları arxlara yönləndirilib.
Son xəbərlər
Son Xəbərlər