G20 ölkələri virusla mübarizəyə 21 milyard ayırır

g20-olkeleri-virusla-mubarizeye-21-milyard-ayirir
Oxunma sayı: 1522

G20 ölkələri koronavirusla mübarizəyə 21 milyard dollardan artıq pul ayıracaqlar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə G20-nin rəsmi saytında məlumat verilib.

Bildirilir ki, G20 dəvət olunmuş ölkələrlə birlikdə koronavirus pandemiyasına qarşı qlobal səylərini birləşdirib. Ayrılan vəsaitin COVİD-19 əleyhinə vaksin hazırlanmasına, müalicəyə, diaqnoz qoyulmasına və ümumilikdə bu virusun tədqiqatına sərf olunması planlaşdırılır.