Almaniyanın Hamburq şəhərində keçiriləcək G20 Sammitindən öncə şəhərdə xoşagəlməz olay baş verib.
“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, naməlum şəxslər şəhərdəki “Porshe” avtosalonunu yandırıblar. Nəticədə 8 elit avtomobil tamamilə məhv olub. Əsas versiyalardan birinə görə, hadisə radikal solçular tərəfindən törədilə bilər.
Qeyd edək ki, artıq bir neçə gündür Hamburqda etiraz aksiyaları, iğtişaşlar davam edir.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər