G7 1 milyard vaksin bağışlayacaq

g7-1-milyard-vaksin-bagislayacaq
Oxunma sayı: 1410

G7 ölkələri koronavirusla mübarizə çərçivəsində gələn il ərzində qlobal miqyasda 1 milyard vaksinin ehtiyacı olan ölkələrə paylanması qərarına gəliblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə G7 Zirvəsinin yekun bəyanatında qeyd olunub.

Bundan başqa, bildirilib ki, koronavirusun köklərinin araşdırılması üçün Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən aparılacaq, mütəxəssislərin liderliyində şəffaf və elmi ikinci faza araşdırması həyata keçirilməlidir.

Bəyanatda xüsusən qlobal səhiyyə risklərinə qarşı əməkdaşlığın gücləndirilməsi, koordinasiyanın artırılması, emalat gücünün artırılması, erkən diaqnoz sistemlərinin formalaşdırılması məsələlərində liderlərin razılığa gəldiyi qeyd olunub.