G7 Liderlər Zirvəsi başladı

g7-liderler-zirvesi-basladi
Oxunma sayı: 1462

Yaponiyada G7 Liderlər Zirvəsi öz işinə başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, zirvə görüşü Yaponiyanın sədrliyi ilə ölkənin cənub-qərbində yerləşən Xirosima şəhərində keçirilir.

3 gün davam edəcəyi nəzərdə tutulan sammitdə ABŞ, Fransa, İngiltərə, Almaniya, Kanada və İtaliya liderləri iştirak edir.

Mayın 21-dək keçiriləcək sammitə G7 ölkələri ilə yanaşı, Avropa İttifaqı (Aİ), İndoneziya, Hindistan, Cənubi Koreya, Avstraliya və Vyetnam da dəvət olunub.

Qeyd edək ki, G7-nin təhlükəsizliyini təmin etmək üçün təxminən 24 min təhlükəsizlik işçisi prosesə cəlb edilib.