Mayın 19-21-də Yaponiyanın Hiroşima şəhərində keçiriləcək sammitdə Böyük Yeddiliyə (G7) qatılan ölkələrin liderləri Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparmaq niyyətindədirlər.
“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Prezidentinin Milli Təhlükəsizlik müşaviri Cek Sallivan brifinq zamanı danışıb.
“Biz G7 liderləri ilə Prezident Zelenski arasında müəyyən qarşılıqlı əlaqəni gözləyirik. Bu qarşılıqlı əlaqənin parametrləri hələ də işlənir”, - deyə Sullivan bildirib.
O, Ağ Evin məsələ ilə bağlı daha çox məlumat əldə etdiyi zaman danışıqların mahiyyəti barədə məlumat verəcəyini vəd edib.
Son xəbərlər
Son Xəbərlər